Ermənistanın ən böyük Zod (Sotk) qızıl yatağında 300-ə yaxın işçi ixtisar olunur. Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan bunu cümə günü keçirilən iclasda bəyan edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
Onun sözlərinə görə, işçilərin sayı 900 nəfərdir, təxminən üçdə biri ixtisar ediləcək.
"Bu ixtisar Basarkeçərin (Vardenis) həyat səviyyəsinə çox təsir edir. Bundan əlavə, bu vətəndaşların çoxunun ödəməli olduqları krediti var", deyə Tovmasyan qeyd edib.
Deputat bu məsələni qabartdığını, ancaq hökumətdən heç bir cavab almadığını xatırladıb:
“Səlahiyyətlilərin bu insanların işlə təmin olunması üçün xüsusi bir proqramı yoxdur”.
Xatırladaq ki, Zod (Sotk) qızıl yatağı Ermənistanın Basarkeçər (Vardenis) bölgəsi ilə Azərbaycanın Kəlbəcər rayonunun sərhədindədir.
Qeyd edək ki, 27 il işğaldan sonra bu rayon Azərbaycanın nəzarətinə geri qayıdıb.
Bizim.Media
- A-
- A
- A+
Region
15:39 / 19.03.2021
Zod qızıl yatağında 300 erməni işdən çıxarıldı – Deputatdan AÇIQLAMA
Hazırda oxunan: Zod qızıl yatağında 300 erməni işdən çıxarıldı – Deputatdan AÇIQLAMA
Hazırda oxunan: Zod qızıl yatağında 300 erməni işdən çıxarıldı – Deputatdan AÇIQLAMA
15283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.