Paşinyan iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinə qədər öz postunda qalacaq.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Ermənistandan qaçmağa hazırlaşır – Stepan Danielyan
Baş nazirlə diskussiyalarından bəhs edən Alen Simonyan açıqladığı xəbərdən başqa məsələlərin müzakirə olunmadığını deyib.
Qeyd edək ki, Paşinyanın seçkilər ərəfəsində Ermənistandan qaçacağı və baş nazir vəzifəsinə Nikolun komandasından digər bir nəfərin seçiləcəyi barədə məlumatlar yayılıb.
Bizim.Media