Qarabağda xidmət edən erməni əsgərlərinin valideynləri etiraz edir – Paşinyan sözünü tutmur

Hazırda oxunan: Qarabağda xidmət edən erməni əsgərlərinin valideynləri etiraz edir – Paşinyan sözünü tutmur

15272

Ermənistanda övladlarının Qarabağda hərbi xidmətdə olmasına etiraz edən valideynlərin aksiyası davam edir.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, etiraz edən erməni hərbçilərinin valideynləri Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən narazı qalıblar. 

Qeyd edək ki, martın 18-i Paşinyan etirazçılardan ikisini qəbul edib. Aksiyaçı valideynlərin sözlərinə görə, Paşinyan problemin 1-2 həftəyə həll olunacağını söyləyib:

“Baş nazirin söylədiyi vaxt ərzində uşaqlarımız evlərinə qayıtmayacaq. Sadəcə, onların xidmət müddətinin azaldıb artırılacağı ilə bağlı rəsmi məlumat dəqiqləşəcək”.

Digər erməni valideyni Qrayr Karapetyan Paşinyanla görüşdə müzakirə olunanların digər etirazçılarla razılaşdırılmalı olduğunu vacib sayıb: 

“Ermənistan hökuməti bizi narahat edən məsələni 4 aydır ki, həll etməyib. Biz bundan narazıyıq”.

Bununla yanaşı İrəvanda hökumət evinin qarşısında savaşda itkin düşən və haqlarında hələ də informasiya verilməyən əsgər valideynlərinin də etirazı yaşanır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin