Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” məntəqəsində SAXLANILDI – FOTO

Hazırda oxunan: Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” məntəqəsində SAXLANILDI – FOTO

152668

Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan teleqram kanalları məlumat yayıb. 

Məlumata görə, 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən 11 erməni futbolçudan üç nəfəri saxlanılıb. 

Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı. 
Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. 11 futbolçunun hamısı axtarışa verilib. Bu gün üç nəfər tutulub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin