Ermənistanın yüksək texnoloji sənaye naziri Akop Arşakyan jurnalist Paylak Faxradyanla yaşanan hadisəyə görə üzr istəyib və məsuliyyəti öz üzərinə götürüb.
Bizim.Media xəbər veri ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
Mənbə yazır ki, hadisə dünən İrəvan kafelərindən birində nahar fasiləsi zamanı baş verib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan məhkəməyə və Qasparyana cavab verdi: “Baş Qərargah rəisi vəzifəsindən azad edilib”
Faxradyan nazirdən iş vaxtı kafedə nə etdiyini soruşub, dərhal söhbəti telefonuna yazmağa başlayıb.
Bu isə Arşakyanın qəzəbinə səbəb olub. Daha sonra kafedə quraşdırılan kameralar vasitəsi ilə çəkilən görüntülər şəbəkədə yayılıb. Nazirin jurnalisti necə vurduğu və onun kompüterini itələdiyi aydın görsənir.
Arşakyan hadisəni şərh edərək, Facebook səhifəsində hər hansı bir zorakılığa qarşı olduğunu yazıb və məsələnin sivil yolla həll olunması prinsipini rəhbər tutub:
"Ölkə vətəndaşlarının özəl və ailə həyatının toxunulmazlıq hüququ var. Cəmiyyətimizin hər bir üzvü - məmur və ya jurnalist olsun, ailə ilə əlaqəli mövzulara xüsusilə həssasdır".
O, hadisənin bütün şahidlərindən üzr istəyib:
"Sonda qeyd etmək istərdim ki, insidentə görə məsuliyyəti öz üzərimə götürməyə hazıram". Baş Prokurorluq hücumla bağlı toplanan ifadələri Xüsusi İstintaq Xidmətinə göndərib.
Bizim.Media