Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistana işgüzar səfər edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, Avrasiya Hökumətlərarası Şurasının iclasının keçiriləcəyi Tsaxkadzorda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Onlar Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Ermənistanın Tsaxkadzor şəhərində keçiriləcək iclasda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin baş nazirləri İttifaq daxilində inteqrasiya prosesinin dərinləşdirilməsini, orta və uzunmüddətli dövr üçün strateji inkişaf vektorlarını müəyyən olunmasını müzakirə edəcəklər.
Bizim.Media