Gürcüstanın Şovi kurort zonasında ölənlərin sayı 28-ə çatdı

Hazırda oxunan: Gürcüstanın Şovi kurort zonasında ölənlərin sayı 28-ə çatdı

151602

Gürcüstanın qərbində, Oni bələdiyyəsinin ərazisindəki Şovi kurort zonasında xilasetmə əməliyyatları davam edir.

Bizim.Media xəbər verir ki, xilasetmə əməliyyatları torpaq sürüşməsi baş vermiş ərazinin episentrindən 55 kilometr aralıda Rioni və Çançaxa çaylarının sahillərində və kiçik adacıqlarda davam etdirilir.

Xilasedicilər avqustun 20-də daha bir nəfərin cəsədini taparaq aidiyyəti üzrə təhvil veriblər. Bununla da təbii fəlakət qurbanlarının sayı 28-ə çatıb. Daha 5 nəfərin axtarışları davam etdirilir.

Qeyd edək ki, avqustun 3-də Şovi kurort zonasında torpaq sürüşməsi baş verib. Nəticədə kurort zonasındakı bütün infrastruktur məhv olub, 28 nəfər ölüb, 210 nəfər ərazidən təxliyə olunub, itkin düşmüş 5 nəfərin axtarışları davam edir.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, təbii fəlakətin episentrində axtarış-xilasetmə işləri başa çatıb. Artıq axtarış əməliyyatları episentrdən 50-60 kilometr aralıda davam etdirilir.
Axtarışlar Rioni və Çançaxa çaylarının sahillərində, adacıq ərazilərdə aparılır. Həmçinin, ərazidə ağır texnika, üzən qurğular, canlı qüvvə və bir qrup kinoloq çalışır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin