Qarabağda qondarma rejimin “başçısı” Arayik Arutyunyan Əsgəran bölgəsinə gələrək inşaat işlərinin gedişi ilə tanış olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Qarabağda öldürülən ilk azərbaycanlılar - 22 fevral 1988-ci il, Əsgəran hadisəsi - VİDEO
Mənbə yazır ki, martın 17-də Arutyunyan ermənilər üçün ev tikilən Əsgəran bölgəsinin Dəxrav, Astxaşen və Patar icmalarını ziyarət edib.
O, görülən işlərin keyfiyyəti ilə tanış olub, ermənilərlə söhbət edib, problemlərini soruşub.
Arutyunyan bu il ərzində Patar kəndində yolun asfaltla örtüləcəyini və gecə işıqlandırılması məsələsinin həll olunacağını qeyd edib.
Bizim.Media