Zaxarova geri çağırılan səfir məsələsinə aydınlıq gətirdi

Hazırda oxunan: Zaxarova geri çağırılan səfir məsələsinə aydınlıq gətirdi

15114

Çərşənbə günü Moskvaya geri çağırılan Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovla məsləhətləşmələr “lazım olduğu qədər davam edəcək”. 

Bizim.Media xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov Live" YouTube kanalının efirində açıqlayıb.

 

MÖVZU İLƏ BAĞLI:

“Bizə turizim lazımdır? Əsas məsələ sülhü qorumaqdır” – Rusiya XİN


Onun sözlərinə görə, məsləhətləşmələr yalnız xarici işlər nazirliyində deyil, müxtəlif strukturlarda aparılacaq.

Qeyd edək ki, çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin saytında Zaxarovanın bir mesajı ortaya çıxıb.

Burada ABŞ və Rusiya arasında ikitərəfli qarşılıqlı əlaqələrin düzəldilməsinin yollarını müəyyənləşdirmək üçün Vaşinqtondakı səfirin Moskvaya məsləhətləşməyə dəvət edildiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin