İrəvanın Bakıya təsir alətləri yoxdur - Rusiyalı ekspert

Hazırda oxunan: İrəvanın Bakıya təsir alətləri yoxdur - Rusiyalı ekspert

150730

"Ermənistanın BMT tribunasında beynəlxalq ictimaiyyətə müraciət etməkdən başqa Azərbaycana təsir alətləri yoxdur".

Bizim.Media xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert və publisist Vladislav Şurıqin caliber.az-ın "Ermənistan BMT Təhlükəsizlik Şurasına guya “Qarabağın blokadası səbəbindən humanitar vəziyyətin pisləşməsi” ilə bağlı növbədənkənar iclas çağırmaq tələbi ilə müraciət edib. İrəvanın bu təxribatçı addımını necə qiymətləndirərdiniz?" sualını cavablandırarkən deyib. 

Onun sözlərinə görə, bu, uduzulan müharibənin qisasıdır və İrəvanın yeganə ümidi beynəlxalq ictimaiyyətin köməyi ilə Bakıya təsir etmək cəhdidir:

"Ancaq buna baxmayaraq Ermənistanın başqa planı yoxdur, heç bir müqaviləni poza, imzalanmış sənədlərdən çıxa bilməz, çünki Rusiyadan başqa təminatçısı qalmayıb. Əks halda Qarabağın hərbi yolla həlli üçün Azərbaycanın əl-qolu açılacaq və rus sülhməramlıları regionda qanuni qalmaq hüququndan məhrum ediləcək. Ona görə də Ermənistanın bir növ diplomatik demarşa müraciəti beynəlxalq ictimaiyyətin diqqətini erməni probleminə yönəltməkdən başqa bir şey deyil".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin