Los-Ancelesdə yaşayan ermənilər Azərbaycan konsulluğunun binası qarşısında təxribat xarakterli aksiya keçirib.
Bizim.Media xəbər verir ki, konsulluğa gedən bütün yolları bağlayan aksiya iştirakçıları Azərbaycan və Türkiyə əleyhinə çıxışlar ediblər, Laçın yolunun açılması və Qarabağda yaşayan ermənilərin “blokada”dan çıxarılmasına çağırış edən absurd şüarlar səsləndiriblər.
Qeyd edək ki, Azərbaycan hökuməti Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu dəfələrlə bəyan edib. Qarabağda yaşayan erməni əhalinin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Laçın sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətə sərbəst keçidi üçün şərait yaradılması bunu bir daha sübut edir.
Bizim.Media