Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə gölündə boğuldu

Hazırda oxunan: Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə gölündə boğuldu

150684

Bir nəfər Göyçə gölündə boğulub. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Mənbə yazır ki, dünən avqustun 13-də saat 20:17-də Göyçə mahalının (indiki Qeqarkunik) Regional Xilasetmə Hissəsinin Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə məlumat daxil olub ki, Göyçə gölünün 2-ci ictimai çimərliyində sahildən 25 metr aralıda bir nəfər üzərkən yoxa çıxıb.
Hadisə yerinə cəlb olunmuş xilasedicilər həmin şəxsi təxminən 1,5 m dərinlikdən çıxararaq motorlu qayıqla sahilə gətiriblər.

Hadisə yerinə gələn xilasedicilər onun öldüyünü müəyyən ediblər.

Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, boğulan şəxs Ukraynanın Ermənistandakı səfirinin müşaviri Aleksandr Sençenkodur.



Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin