Qarabağ erməniləri Yevlax görüşündən NİYƏ QAÇDI?

Hazırda oxunan: Qarabağ erməniləri Yevlax görüşündən NİYƏ QAÇDI?

150500

Ermənilər xislətlərinə sadiq qalaraq növbəti dəfə xəyanətkar mövqelərini ortaya qoydular. Xankəndindəki erməni icması ilə Azərbaycan nümayəndələrinin Yevlaxda planlaşdırılan görüşü baş tutmadı. Səbəbsə yenə eynidir. Ermənilər son anda yenə öz sözlərindən qaçdılar.

Əslində burada təəccüblü heç nə yoxdur. Çünki, ermənilərin ixtiyarı öz əllərində deyil. Ermənilər qlobal güclərin maşası, oyuncağıdır. Ona görə də onların söz demək, qərar vermək ixtiyarı yoxdur. Ermənilərin əvəzinə qərarlar Kremldə, Yelisey Sarayında, Ağ Evdə və digər mərkəzlərdə verilir. 
Təbii ki, böyük-böyük saraylarda çıxarılan qərarlar ermənilərin yox, əcnəbi dövlətlərin maraqlarına xidmət edir. Baxmayaraq ki, çıxarılan qərarlardan daha çox sadə ermənilər əziyyət çəkir. Amma, nə edək ki, sadə ermənilərin mənafeyi, taleyi böyük güclərin heç vecinə belə deyil.

Vəziyyətin bu qədər anormal həddə çatmasının iki səbəbi var.

Birinci səbəb odur ki, Ermənistan dövləti mövcud olduğu 100 il ərzində hər zaman dotasiyalar, yardımlar hesabına ayaqda qalıb. Məlumdur ki, heç bir yardım da əvəzsiz və təmənnasız verilmir. Hər verilən yardımın arxasında müəyyən öhdəliklər dayanır. Öhdəliyi olan ölkəninsə heç zaman müstəqil siyasəti ola bilməz. Bu bir faktdır ki, Qarabağ separatçıları bir yana Ermənistanın dövlət büdcəsinin ən azı 5-də biri ianələr hesabına formalaşır.

İkinci bir səbəbsə erməni diasporu və erməni siyasətçilərinin korporativ maraqlarıdır. Məlum olduğu kimi təkcə Rusiyada deyil, həm də Avropada və ABŞ-da güclü erməni diasporu var. Bu diasporun əlindəki güclü maliyyə mənbələri isə halal zəhmətlə qazanılmayıb. Ermənilər bu pulların bir qismini erməni gözəlçələrinin intim xidməti, digər qismini isə muzdlu fəaliyyətləri hesabına qazanıblar. 

Ermənilər əyri yolla qazandıqları pulları qorumaq üçün həm yaşadıqları ölkənin siyasi hakimiyyəti üçün müəyyən xərclərə gedir, həm də “humanitar” fondlarla “əməkdaşlıq” edirlər. Və təbii ki, bu puldan Ermənistandakı siyasi dəllallara da müəyən pay düşür. Ona görə də ermənilərin ixtiyarı öz əllərində deyil. Onlar ancaq icraçıdırlar. 
Və təsadüfi deyil ki, 10 noyabr bəyanatından sonra Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarında zərrə qədər irəliləyiş yoxdur. Çünki, qlobal güclər Cənubi Qafqazda davamlı sülh istəmirlər. Bunun da tək səbəbi Türkiyə ilə Orta Asiyadakı Türk dövlətləri arasında əsas körpü olan Azərbaycanın qüdrətlənməsi və müstəqil siyasətidir. Ona görə də yaxın zamanlarda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanacağına ümid eləmək sadəlöhvlük olardı. 

Bu məsələdə Nikol Paşinyan və onun oyuncaq kabineti heç bir ixtiyar sahibi deyil. Paşinyan əgər milli maraqlardan çıxış edib sülh sazişinin imzalanacağı tarixi desə həmən o ya istefaya, ya da ki, qəbirə gedəcək. Çünki, qlobal güclər Cənubi Qafqazda hələki sülhün olmasını istəmir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin