Ermənistanın paytaxtı İrəvanda Qarabağ müharibəsində iştirak edən hərbçilər etiraz aksiyası keçirib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, etirazçılar hökumət binası yaxınlığına toplaşaraq, Tiqran Mets prospektini bağlamağa cəhd ediblər.
Aksiyaya səbəb etirazçıların guya “bağlı” olan Laçın yolunun açılmasına dair tələb olub.
Əraziyə gələn polis əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma yaranıb, saxlanılanların olduğu bildirilir.
Bizim.Media