Ermənistan Rusiyaya yeni səfir təyin edəcək - NAMİZƏD VAR

Hazırda oxunan: Ermənistan Rusiyaya yeni səfir təyin edəcək - NAMİZƏD VAR

149269

Ermənistan hakimiyyəti respublikanın Rusiyadakı səfirinin dəyişdirilməsi məsələsini müzakirə edir.

Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Mənbə qeyd edir ki, Ermənistanla Rusiya arasında münasibətlərin müsbət mənada yenidən başlamasına ehtiyac var və bunu dərk edən tərəflər müəyyən addımlar atır. Bunlardan birincisi səfirlərin dəyişdirilməsidir.
"Rusiya Ermənistan səfirindən o qədər narazıdır ki, bu məsələ prioritet məsələ kimi həll olunacaq. Vaqarşak Arutyunyanın dəyişdirilməsi məsələsi uzun müddətdir müzakirə olunurdu, lakin onun etimadını qazanacaq namizədin seçilməsi ilə bağlı problem var idi.

O şəxs həm baş nazir Nikol Paşinyan və həm də Rusiya hakimiyyəti üçün də məqbul olmalıdır”, - deyə nəşr vurğulayıb.

Qəzet bildirir ki, artıq bir sıra namizədlər müzakirə olunub. Erməni tərəfi Ermənistan parlamentinin hazırkı deputatı, “Vətəndaş müqaviləsi” fraksiyasından  Qurgen Arsenyanın namizədliyi ilə kifayətlənib.

Rusiyanın Ermənistandakı səfiri vəzifəsinə namizəd isə Rusiya Xarici İşlər Nazirliyində çalışan yüksək rütbəli məmurdur. 

Xatırladaq ki, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan bu vəzifəyə 2022-ci il yanvarın 5-də təyin edilib.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin 2018-ci il aprelin 6-dan vəzifəsini icra edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin