Ermənistanın keçmiş müdafiə naziri 44 günlük müharibə ilə bağlı komissiyanın iclasında iştirak edir

Hazırda oxunan: Ermənistanın keçmiş müdafiə naziri 44 günlük müharibə ilə bağlı komissiyanın iclasında iştirak edir

148931

Ermənistanın bir il yarımdır həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan bu gün 44 günlük müharibənin şəraitini öyrənən parlamentin istintaq komissiyasının iclasında iştirak edir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.

Xatırladaq ki, məhkəmə onun avqustun 1-dən 2-dək komissiyanın işində iştirakına icazə verib. 

Tonoyan daha əvvəl qeyd edib ki, o, Ermənistanın baş naziri Nikol Paşinyanın və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın bəyanatlarını cavablandırmaq qərarına gəlib.
“Hərbi əməliyyatların idarə olunmasında əsas rol oynayan bir şəxs kimi mənim komissiyaya sözüm var”, deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin