Ermənistanda iş adamı HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Ermənistanda iş adamı HƏBS EDİLDİ - FOTO

148746

Ermənistanda iş adamı Armen Petrosyan həbs olunub. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə İrəvanın birinci instansiya məhkəməsi qərar çıxarıb. 

Biznesmen Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və onun oğlu, Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyanla bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb. 
Qeyd edək ki, Armen Smbatyan və oğlu iyulun 29-da dələduzluqda şübhəli bilinərək saxlanılıb. Onlar dövlətə 966 milyon dram (2,5 milyon dollar) məbləğində maddi ziyan vurmaqda ittiham olunurlar. İyulun 30-da Sergey və Armen Smbatyan iki ay müddətinə həbs edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin