“Qərb Azərbaycanın müstəqil xarici siyasətini həzm edə bilmir” – Sergey Strokan 

Hazırda oxunan: “Qərb Azərbaycanın müstəqil xarici siyasətini həzm edə bilmir” – Sergey Strokan 

148525

“Qərbin rəsmi Bakıya qarşı yeni informasiya-təbliğat hücumu və diplomatik təzyiqləri başlayıb. Bəhanə isə Qarabağdakı “humanitar böhran”dır. Təbii ki, bu səhnələşdirilmiş hekayə “humanitar yardım” daşıyan yük maşınların Laçına istiqamət alması ilə pik həddə çatdı. Əslində isə bu oyunların hamısı danışıqlar prosesinə və gələcək sülh müqaviləsinə mənfi reaksiya törətməkdir. Onlar bu yolla Qərb üçün daha yaxşı şərtlərin müzakirəsinə nail olmağa çalışırlar”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiyalı politoloq, şərhçi Sergey Strokan özünün “Şto skajet Strokan” verilişində deyib. 

O bildirib ki, vəziyyətin bu səviyyəyə çatmasının səbəbi Şuşada Beynəlxalq Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərdir: 

“Azərbaycan Prezidenti media nümayəndələri ilə görüşündə bildirdi ki, Bakı iki dəfə Qarabağdakı etnik ermənilərə reinteqrasiya ilə bağlı müraciət edib. Lakin, Bakının bu humanitar təklifi cavabsız qaldı.

İlham Əliyevin üçüncü təklifin olmayacağı ilə bağlı dediyi fikirlər təkcə İrəvanda deyil, həm də Qərbdə ciddi təşviş yaratdı. Əminliklə deyə bilərəm ki, bu fikirlər səslənməsəydi, Qərb “humanitar böhran” layihəsini ortaya atmayacaqdı. Çünki, Azərbaycanın müstəqil siyasətini Qərb həzm edə bilmir”. 

Sergey Strokan onu da qeyd edib ki, İlham Əliyevin mövqeyi və qətiyyəti qondarma rejimin kvazidövlət quruluşunu tarixi anaxronizmə çevirir: 

“Çünki, Qarabağ ermənilərinin  Azərbaycana reinteqrasiyası bir neçə əsas mərhələni, o cümlədən qondarma rejimin, qeyri-qanuni silahlı birləşmələri olan qondarma “müdafiə ordusu”nun ləğvini və etnik ermənilərin Azərbaycan vətəndaşlığına qəbulunu özündə ehtiva edir.Bu isə rəsmi İrəvanla yanaşı bir çox xarici güclərə sərf eləmir”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin