Rusiyanın YENİ PLANI – Taxıl dəhlizi “Fars xətti” ilə ƏVƏZLƏNİR?

Hazırda oxunan: Rusiyanın YENİ PLANI – Taxıl dəhlizi “Fars xətti” ilə ƏVƏZLƏNİR?

148222

“Rusiyanın alternativ taxıl dəhlizi planının olduğu bildirilir. Lakin nə bunun baş tutması gözlənilən deyil, nə də bunu “Taxıl dəhlizi” adlandırmaq ümumiyyətlə doğru deyil”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya ilə İran arasındakı qalmaqal davam edir - TƏFƏRRÜAT


O bildirib ki, müharibə şəraitində yaradılan dəhlizin mahiyyəti odur ki, döyüş şəraitinə baxmayaraq müəyyən yüklərin təhlükəsiz daşınması üçün tərəflər arasında razılıq əldə edilir:

“Tərəflər bu dəhlizdə daşınan yükləri vurmur, partlatmır, dağıtmır. Əvvəlki taxıl sazişi məhz bu mahiyyəti daşıyırdı. İndi isə Rusiya deyir ki, o dəhlizə təminat vermirəm, yəni gəmiləri təhlükəsiz buraxmıram. Əvəzində isə yeni dəhlizin təklif edildiyi deyilir. Əslində isə bu yeni dəhliz yox, uzun müddətdir müzakirəsi gedən, İran və Rusiyasının tam maraqlarına uyğun olan Şimal-Cənub dəhlizidir. 

7200 kilometr uzunluğunda olan bu dəhliz Sankt-Peterburqdan başlayaraq, Xəzərdən və İrandan keçməklə Hindistanın Mumbay şəhərinə qədər uzanır. Burada ikili xətt (qərb xətti Azərbaycan, şərq xətti isə Türkmənistan) mövcuddur. Bu marşurut əslində 2022-ci ildə Rusiyanın həm özünün, həm də Ukraynada işğal etdiyi ərazilərdən əldə etdiyi taxılı dünyaya çatdırmaq üçün yaradılmış marşurut idi”. 

Eldəniz Əmirov bu marşurut üzərində hər hansı bir döyüş əməliyyatları aparılmırsa, təhlükələr yoxdursa, onda Rusiyanın “Fars xətti” marşurutunu “Taxıl dəhlizi” adlandırmağı düzgün hesab etmir:

“Bu sadəcə Hindistanın qərbindəki limanlardan İranın cənubundakı limanlara, oradan isə dəmir yolu ilə Xəzər dənizinə və oradan da Rusiyaya gedən ticarət yoludur və Rusiya bu xətti aktiv fazaya keçirməkdə maraqlıdır. İran üçün də bu xətt çox önəmlidir. Türkiyə üçün isə faydasız xəttdir.
Eyni zamanda Ukraynanın da öz taxilini bu marşurutla ixrac edəcəyi inandırıcı deyil. Görünən odur ki “Taxıl dəhlizi” problemi hələ bir müddət həlsiz qalacaq. Nə ABŞ Rusiyanın 7 şərtini qəbul edən deyil, nə də Rusiya əlindəki son fürsətlərini buraxan”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin