“Qarabağ Azərbaycanın ərazisidir və BMT Təhlükəsizlik Şurası da bunu belə düşünür”.
Bizim.Media xəbər verir ki, bunu erməni siyasətçi Vladimir Poqosyan “Noyan Tapan” verilişinin efirində çıxışı zamanı deyib.
O Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə də toxunaraq separatçılardan və onların sülhməramlıların beynəlxalq mandatını “nokaut etmək” istəyindən də danışıb:
“Azərbaycanın razılığı olmadan heç kim Rusiya sülhməramlılarına heç bir beynəlxalq mandat verməyəcək”.
Bizim.Media