Erməni revanşistlər xalqda müharibə xofu yaradır – Paşinyan qalib gəlir...

Hazırda oxunan: Erməni revanşistlər xalqda müharibə xofu yaradır – Paşinyan qalib gəlir...

14686

Erməni xalqı 30 ilin mifinə yenildi. İplərin bir az boşaldığı anda hiss elədi ki, onun potensialı ancaq ox ətrafında dövrə vurmağa yetir. 

İcazə vərəqəsindən bir addım kənara çıxa bilməyən Ermənistan gördü ki, I Qarabağ Müharibəsinin həqiqi mahiyyəti nə idi və Kürə, Bakıya qədər gəlmək iddiası İrəvanda çanaq kimi başlarında partlaya bilər.

2020-ci il noyabrın 10-u atəşkəs barədə üçtərəfli (Azərbaycan, Rusiya, Ermənistan) bəyanatdan sonra fevralın 20-cən isə hər gün Paşinyanın istefaya gedəcəyi, yaxud göndəriləcəyi gözlənilirdi.

 

MÖVZU İLƏ BAĞLI:

44 günlük savaşdan sonrakı 44 gün - XÜLASƏ


Tarix göstərdi ki, erməni xalqının buna da gücü çatmaz. 

Baxmayaraq ki, Paşinyan hökuməti savaşdakı itkilərlə bağlı erməni xalqını aldadırdı. İnsanlara saxta rəqəmlər təqdim olunurdu. Erməni camaatı isə "kor-kor, gör-gör" deyimi əsasında hiddətlənirdi. Çünki 44 günlük savaş ərzində erməni valideynlər cəbhəyə 20 min (daha çox) əsgər yollayıbsa onlardan yarıdan çoxu evinə qayıtmayıb. (ölü, itkin)

Xalq bundan dolayı Paşinyana qəzəblidir, amma onu devirəcək halı yoxdur, daha doğrusu müharibə xofu buna imkan vermir. Çünki revanşist qüvvələr Ermənstan üçün daha böyük fəlakət vəd edir.

Onların təhlükəliklik xüsusiyyətinin iki yönü var ki, hər ikisi Ermənistanı məhvə aparır. 

Birincisi, revanşist qüvvələr bir dəfə hakimiyyətdə olub xalqı ağlar günə qoyublar. Onlar ölkənin var-dövlətini talayıb, korrupsiyanı çiçəkəndirib Ermənistanı zəlil ediblər. Çoxusu da hayların ikrah hissi ilə baxdığı, Qarabağ “şurtvats”larıdır, yəni bic, dönmə, türkdən dönmə adlandırdıqları.  

İkincisi, revanşistlərin müharibə ritorikası sadə xalqın ürəyincə deyil, onlar yaxşı anlayırlar ki, Azərbaycan “Dəmir yumruğu” qalxmış vəziyyətdədir. İstənilən vaxt başlarına enə bilər. Yəni “miflər erası” bitib artıq. 

O acıdan revanşistlərin tərəfində olmaq gerçəklidən uzaq düşmək, yeni bir fəlakətə düçar olmaq deməkdir. 

Erməni əsgər valideynlərinin "Qarabağ Azərbaycandır" və Paşinyanın Ermənistan parlamentində "Şuşa qədim Azərbaycan" şəhəridir etirafları indiki iqtidarla erməni xalqını birləşdirən detallardandır.

Bu etiraflar həm də Ermənistan əhalisinin böyük əksəriyyətinin Azərbaycanla savaşmaq istəmədiyinin göstəricisidir. 

Ona görədə meydanda haray-həşir salan qüvvələrin sayı 3-4 mindən o tərəfə adlaya bilmir. Buna görə də mitinqlərin bu ölkədə perspektivi yoxdur. Revanşist düşüncə tərzi isə küçə səs-küyü içində getdikcə əriyib puçluğa qovuşacaq. 

Bütün bu gerçəklik isə Paşinyanı situatsiyanın qalibi kimi önə çıxarır. Yəni, revanşistlər Nikolun əlinə oynayırlar. Onların yavaş-yavaş danışıqlar masasıa arxasına çəkmək planı isə olan-qalan beş-üç qüvvənin də bağlı qapılar arasında sövdələşməsinə gətirib çıxaracaq. 

Revanşistlərin Paşinyana uduzduğu gün kimi ortadadır. Ermənistanda üçüncü qüvvə olacaqmı? Bu isə zmaanın sualıdır. Hələlik zaman Paşinyanın xeyrinə əqrəblərini çalışdırır.

 

Erməni xalqı getdikcə Nikola daha çox inanmağa başlayır (Başqa çıxış yolu, variantı da yoxdu). Daha dəqiq desək, "Daşnaksütyun"un uydurma tarix və "Böyük Ermənistan" xülyasından, revanşizmdən uzaqlaşaraq daha gerçəkçi Paşinyanın ətrafında yenidən birləşmək ehtimalı var.


Köçəryanın hakimiyyətə gəlməyi isə Dağlıq Qarabağın statusu kimi müzakirə mövzusu deyil.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin