Marqarita Simonyana qarşı SUİ-QƏSD CƏHDİ 

Hazırda oxunan: Marqarita Simonyana qarşı SUİ-QƏSD CƏHDİ 

146400

Rusiya FSB və hüquq-mühafizə orqanlarının əməkdaşları “Rossiya seqodnya” və RT media qrupunun baş redaktoru Marqarita Simonyana qarşı Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanan sui-qəsdin qarşısını alıblar.  

Bizim.Media “Sputnik.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya FSB-si məlumat yayıb. 

Məlumata görə, Simonyandan əlavə, Kseniya Sobçakın da öldürülməsi planlaşdırılıb. 

Moskva və Ryazan vilayətində Simonyan və Sobçakın iş və yaşayış ünvanlarında kəşfiyyat aparan “Paraqraf-88” adlı qrupun üzvləri saxlanılıb. Saxlanılan şəxslərdən patronlar, rezin dəyənəklər, bıçaqlar, və “Kalaşnikov” avtomatı götürülüb. 
Saxlanılan şəxslər hər qətlə görə 1,5 milyon rubl mükafat almaq üçün SBU-nun göstərişi ilə sui-qəsdlər hazırladıqlarını təsdiqləyiblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin