Vitali Balasanyan həbsdə qalacaq - QƏRAR

Hazırda oxunan: Vitali Balasanyan həbsdə qalacaq - QƏRAR

146255

“Qarabağda separatçıların qondarma təhlükəsizlik şurasının sədri vəzifəsində çalışmış Vitali Balasanyanın səhhətinə görə azad olunması vəsadəti qəbul edilməyib".

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu onun vəkili Rafael Martirosyan bildirib. Vəkil deyib ki, müdafiə etdiyi şəxsin bədənində çoxsaylı xəsarətlər aşkarlanıb.

V.Balasanyanla birlikdə saxlanılan oğlu və qohumu isə azadlığa buraxılıb.

Xatırladaq ki, iyulun 13-də Qarabağdakı erməni silahlı quldur dəstəsinin başçılarından olan Vitali Balasanyan və oğlu Əsgərandakı evində saxlanılıb. Məlumata görə, onun evində 40 dəqiqə axtarış aparılıb.
Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin