Vitali Balasanyanın həbs səbəbi məlum OLDU

Hazırda oxunan: Vitali Balasanyanın həbs səbəbi məlum OLDU

146201

Xankəndidəki qanunsuz rejimin “keçmiş təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın həbsinin səbəbi məlum olub.

Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan açıqlama verib.

Onun sözlərinə görə, Balasanyan “hakimiyyət nümayəndəsi”ni hədələdiyi üçün saxlanılıb.

“Balasanyan xidməti vəzifələrini yerinə yetirərkən xidməti orqanın nümayəndəsinə və ya onun yaxın qohumuna qarşı zorakılıq tətbiq etməklə hədələməkdə ittiham olunur. Həbsdən sonra ona bədən xəsarətləri yetirilib. Balasanyanla birlikdə onun oğlu, əmisi oğlu və qardaşı oğlu saxlanılıblar”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycanın Əsgəran qəsəbəsində “general” Vitali Balasanyan və onun oğlu Artur saxlanılıblar. Həbsdən əvvəl qondarma rejimin “milli təhlükəsizlik xidməti”nin “əməkdaşları” Balasanyanın mənzilində 40 dəqiqə axtarış aparıblar.
Vitali Balasanyan külli miqdarda çirkli pulların yuyulmasında, oğlu isə 2021-ci ildə arıçılıq təsərrüfatı üçün götürdüyü 74,5 milyon dram (312,5 min manat) məbləğində “dövlət krediti”nin şərtlərini yerinə yetirməməklə “dövlət”ə ziyan vurmaqda ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin