Arayik Arutyunyanın yeni NAĞILLARI: Müharibəyə hazır deyildik, Şuşanı, Hadrutu itirsək də...

Hazırda oxunan: Arayik Arutyunyanın yeni NAĞILLARI: Müharibəyə hazır deyildik, Şuşanı, Hadrutu itirsək də...

14608

“Dağlıq Qarabağ müharibəsində məğlub olmağın əsas səbəbi ordunun hazır olmaması idi”.

Bizim.Media xəbər verir ki, bunu Qarabağda qondarma rejimin “başçısı” Arayik Arutyunyan cümə günü Ermənistanın Dövlət Gəlir Komitəsinin əməkdaşları ilə görüşündə deyib.

Arutyunyan təəssüf hissi ilə qeyd edib ki, Ermənistan silahlı qüvvələri düşmənə güc tətbiq etmək əvəzinə başqa yolu seçdi. Düzdür, təmas xəttinin bəzi ərazilərindəki mühəndislik işləri öz nəticəsini verdi, amma bu, açıq şəkildə yetərli deyildi”.

O, döyüşləri saxlamaq üçün əlindən gələni etdiyini də vurğulayıb.

Arutyunyan etiraf edib ki, keçən il noyabr ayının əvvəlində, yəni müharibənin son günlərində çox pis hadisələrin olacağını gözləyirmiş:

"Hər şeyə rəğmən gələcəyimizi qurmaq fürsətimiz var. Yenə deyəcəyəm, 3, 4, 5 və ya 6 noyabrda belə bir fürsəti xəyal belə edə bilməzdim".

Bu ay başlaya biləcək yeni müharibə barədə danışan Arutyunyan söz-söhbətləri xəstə bir təxəyyül məhsulu adlandırıb.

“Hadrut və Şuşa itkisinə baxmayaraq, rus sülhməramlıları ilə birlikdə təhlükəsizliyi təmin edərək normal, müasir “respublika” qurmaq üçün yeni fürsət var”, deyə o, qeyd edib.

Görünür, Arutyunyan yenə də nağıllar aləmindən oyanmayıb və müasir “respublika” qurmaq arzusu ilə yaşayır.

Azərbaycan prezidenti İlham Əliyev bu mövzu ilə bağlı dəfələrlə bəyan edib ki, status məsələsi görbagor olub. Sadəcə ermənilər ölkəmizin ərazisində qalıb yaşamaq istəyirlərsə, rəsmi Bakıya tabe olacaqlar və Azərbaycan konstitusiyasının bütün maddələrinə riayət edəcəklər.

Revanşist açıqlamaların və hücum cəhdlərinin  qarşısı isə müzəffər Azərbaycan Ordusu tərəfindən layiqincə alınacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin