Paşinyana qarşı YENİ İTTİHAM - Orduya nə qədər pul xərcləyib?

Hazırda oxunan: Paşinyana qarşı YENİ İTTİHAM - Orduya nə qədər pul xərcləyib?

145788

Ermənistan Silahlı qüvvələrinin Baş qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan bu günlərə baş nazir Nikol Paşinyanı yeni ittihamlarla üz-üzə qoyub.

Bizim.Media xəbər verir ki, erməni general ordunun hökumətdən pul istədiyini, lakin Paşinyan kabinetinin bundan imtina etdiyini deyib.

Tiran Xaçatryanın bəyanatına Ermənistan Baş nazirinin aparatı sərt təpki göstərib. 

“Xaçatryanın hökumətin ordunun ehtiyacları üçün pul ayırmaması barədə yalan bəyanatlarının reallıqla heç bir əlaqəsi yoxdur. Baş Qərargah rəisinin keçmiş müavini tərəfindən sırf siyasi motivlərlə bilərəkdən yalan məlumatlar yayılır. Ən azı qəribədir ki, bir sıra epizodlarda sonuncunun açıqlamaları da onun keçmiş rəisi, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanın dedikləri ilə ziddiyyət təşkil edir”,-deyə bəyanatda bildirilir.

Ermənistan hökumətinin bildirdiyinə görə, 2018-ci ildən 44 günlük müharibənin başlandığı 2020-ci ilə qədər hökumət silah və hərbi texnikanın alınmasına təxminən 608 milyard dram (1,5 milyard ABŞ dollarından çox) pul ayırıb.
2008-ci il yanvarın 1-dən 2018-ci ilin mayına qədər olan dövrdə isə yəni 10 il 4 ay ərzində Ermənistanın əvvəlki hökumətləri eyni məqsədlər üçün 354 milyard dram (təxminən 916 milyon dollar) xərcləyib. İki il ərzində əvvəlki 10 ildən iki dəfə çox pul ayrılıb”, - deyə rəsmi cavabda qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin