Ermənistanda hərbçi səkkiz yaşlı qızı asmaqla hədələdi

Hazırda oxunan: Ermənistanda hərbçi səkkiz yaşlı qızı asmaqla hədələdi

145699

Sərxoş vəziyyətdə olan erməni hərbçi V.S. səkkiz yaşlı qıza hücum edib və onu asmaqla hədələyib.

Bizim.Media “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı qızın anası, Gümrü sakini Yelena Ovakimyan yayıb.

Onun sözlərinə görə, hadisəyə səbəb qızının küçə itini yedizdirməsi olub.

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, insidentlə bağlı məlumat daxil olub və vəziyyətin aydınlaşdırılması, həmçinin qərar qəbul edilməsi üçün müvafiq bölməyə ötürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin