Ermənistanda vəkillər ayağa qalxdı

Hazırda oxunan: Ermənistanda vəkillər ayağa qalxdı

145671

Ermənistanın vəkilləri ölkə polisinin rəisi Aram Ovannisyanın istefası tələbi ilə üç günlük etiraz aksiyasına başlayıblar.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, onlar Vəkillər Palatasının binasından Daxili İşlər Nazirliyinə doğru yürüş təşkil edib.

"502 vəkil polis rəisinin "vəkillik peşəsinin düşməni" kimi tanınması təşəbbüsünə qoşulub. Bizim aksiya dövlət qurumu kimi polisə qarşı deyil, hüquq-mühafizə strukturunda baş verən zorakılığa qarşı yönəlib.
Dəfələrlə baş verən hadisələr onu göstərir ki, strukturda hər şey qaydasında deyil. Bizim qəti addımlarımız polis strukturunda vəziyyəti dəyişməyə kömək edəcək”, - Vəkillər Palatasının keçmiş rəhbəri Ara Zoqrabyan jurnalistlərə müsahibəsində bildirib.

Vəkillər Daxili İşlər Nazirliyinin binasına “Aram Ovannisyan vəkillik peşəsinin düşmənidir” yazılmış plakat gətiriblər.

Ermənistanın daxili işlər naziri Vahe Qazaryan etiraz edən vəkillərlə görüşə razılıq verib.

Aksiyanın başlanmasına səbəb müvəkkilini polis zorakılığından qorumağa çalışan vəkil Karen Alaverdyanın saxlanılması və ona qarşı güc tətbiq edilməsi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin