“Hər gün yeni müharibə başlaya bilər, sabah nə olacağını heç kim bilmir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Gorus şəhərinin meri Aruş Aruşanyan Türkiyə Azərbaycan tandeminin bu dəfə Ermənistana qarşı müharibəyə başlayacağı ehtimalını şərh edərkən “FactInfo”ya verdiyi müsahibəsində deyib.
Bundan əvvəl “Maariflənmiş Ermənistan” parlament fraksiyasının rəhbəri Edmon Marukyan “Greek Times” nəşrinə açıqlamasında xəbərdarlıq edərək bildirib ki, Azərbaycan bu dəfə Türkiyə ilə birlikdə “tarixi Zəngəzur” u geri qaytarmaq məqsədi ilə Ermənistana qarşı yeni müharibəyə hazırlaşır.
Aruş Aruşanyan da müharibə ehtimalını istisna etməyib, eyni zamanda konkret faktların olmadığını vurğulayıb:
“Bədnam hakimiyyət hər gün provokasiya ilə məşğul olur. Konkret bir şey deyə bilmərəm. Xarici İşlər Nazirliyimiz varsa, qoy bu işlə məşğul olsunlar. Döyüşçü kimi yenidən vuruşmağa hazıram. Bura bizim torpağımızdır, onu qorumalıyıq”.
Hal-hazırda düşməndən Zəngəzur mahalı (Sünik vilayəti) üçün bir təhlükənin olub-olmadığı sualına o, "Deyə bilmərəm” cavabını verib.
“Hazırlaşırlarsa, ön xətdə bunu göstərməyəcəklər. Bu hazırlığın görə bilmədiyimiz bir neçə kilometrlikdə aparılacağı aydındır. O vaxtlar yaxşı mövqelərimiz var idi. Onda müharibə başlasaydı, olduqca yaxşı bir mövqeyə sahib olardıq. İndi müharibə aparmaq baxımından narahat bir vəziyyətdəyik.
Səlahiyyətlilər 26 km ərazini düşmənə verməsəydilər, mövqelərimiz yaxşı olacaqdı”, deyə o, əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:03 / 12.03.2021
“Yeni müharibə hər gün başlaya bilər” – Gorus şəhərinin meri
Hazırda oxunan: “Yeni müharibə hər gün başlaya bilər” – Gorus şəhərinin meri
Hazırda oxunan: “Yeni müharibə hər gün başlaya bilər” – Gorus şəhərinin meri
14548
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.