Həsən Ruhaniyə qarşı cinayət işi AÇILDI

Hazırda oxunan: Həsən Ruhaniyə qarşı cinayət işi AÇILDI

144698

İranın keçmiş dövlət başçısı Həsən Ruhaniyə qarşı cinayət işi açılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran”  teleqram kanalı xəbər verib.

Bildirilib ki, İran prokurorluğuna sabiq prezident barəsində ümumilikdə 700 min şikayət göndərilib. Məsələnin ən qısa vaxtda araşdırılacağı, onun barəsində həbs-qətimkan tədbiri və ya məhkəmə qərarı verəcəyi gözlənilir.

İran parlamentinin üzvü Nəsrullah Pejmanfər yerli mətbuata açıqlamasında Ruhani barəsində 2 hal üzrə cinayət işinin açıldığını bildirib; O, birja problemləri və valyuta bazarına müdaxilədə ittiham edilir.

Sosial şəbəkələrdə Ruhaniyə qarşı cinayət işinin qaldırılmasına münasibət bildirən bəzi ekspertlər hesab edirlər ki, İranın keçmiş prezidentinə qarşı irəli sürülən ittiham siyasi xarakter daşıyır və bunun arxasında bəzi dairələr dayanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin