"Paşinyan üç ay sussa, vəziyyəti dəyişə bilərik" - Keçmiş nazirdən revanşist AÇIQLAMA

Hazırda oxunan: "Paşinyan üç ay sussa, vəziyyəti dəyişə bilərik" - Keçmiş nazirdən revanşist AÇIQLAMA

144521

 "Mənə səlahiyyət verilsə, o zaman qısa müddətdə vəziyyət kəskin şəkildə dəyişə bilər, lakin Paşinyan susmalıdır".

Bizim.Media xəbər verir ki, bu revanşist açıqlamanı Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu gün jurnalistlərlə söhbətində verib.

Onun sözlərinə görə, əgər indiki Ermənistan hakimiyyəti alternativdən danışmaq iqtidarında deyilsə, danışıqları başqalarına həvalə etmək üçün özlərində cəsarət tapmalıdır. 

“Bütün məsuliyyətlə deyirəm. Əgər bu gün mənə, bir qrup diplomata səlahiyyət verilsə, o zaman sizi əmin edirəm ki, qısa müddətdə, 2-3 ay ərzində vəziyyət kəskin şəkildə dəyişə bilər. Amma burada bir neçə ilkin şərt var. Bu səlahiyyətlər 100% olmalıdır, Paşinyan üç ay susmalıdır.

Paşinyanın çıxışları nəticəsində erməni xalqına, Ermənistan Respublikasına ən böyük zərər dəyib. Başımıza müharibə gətirən Paşinyanın çıxışı oldu. Paşinyanın çıxışları vəziyyəti hər gün çətinləşdirir. Biz danışıqların məntiqini tez zamanda dəyişməliyik”, - Vardan Oskanyan bildirib.
Yeri gəlmişkən, vəziyyətin ermənilərin istəyi ilə dəyişdirilməsi yalnız özlərinə sarsıdıcı zərbə vuracaq. Bu zərbənin nədən ibarət olacağını isə Vardan Oskanyan da daxil olmaqla hər kəs yetərincə yaxşı anlayacaq. O zaman şərti sərhədlərin dairəsi genişlənəcək, Qarabağdakı separatçıların ölkədən qovulması və ya yerindəcə məhv edilməsi sürətlənəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin