Rusiya və Türkiyənin xarici işlər nazirliklərinin rəhbərləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Qətərin Doha hava limanında bir araya gəlib. Nazirlər Dağlıq Qarabağ ətrafında baş verən hadisələri müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Twitter mikrobloqunda yazıb.
MÖVZU İLƏ BAĞLI:
Lavrovla Çavuşoğlunun görüşəcəyi tarix açıqlandı
O, əlavə edib ki, tərəflər ikitərəfli münasibətləri, habelə Qarabağ, Liviya və Suriyadakı son hadisələri müzakirə ediblər.
Çavuşoğlu Türkiyənin Mersin vilayətində Akkuyu atom elektrik stansiyasının üçüncü enerji blokunun inşasından da söz açıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Facebook səhifəsində hər iki nazirin Doha aeroportunda görüşdüyünü yazmışdı.
Rusiya nümayəndə heyəti bura Səudiyyə Ərəbistanından, türkiyəli diplomatlar isə Qırğızıstandan gəliblər.
Bizim.Media
?Discussed w/FM Sergey #Lavrov of #RF our relations and recent developments in #NagornoKarabakh, #Libya & #Syria.
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) March 10, 2021
?3rd unit foundation of Akkuyu Nuclear Power Plant was laid today. May it serve well our nation.
?Aiming to reach pre-pandemic figures for tourism this year.???? pic.twitter.com/WaZizb1udk