Paşinyan Azərbaycan iqtisadiyyatının inkişafından DANIŞDI 

Hazırda oxunan: Paşinyan Azərbaycan iqtisadiyyatının inkişafından DANIŞDI 

143543

“1994-cü ildə atəşkəs elan olunandan sonra Azərbaycan əhalisi 2 dəfə artıb, Ermənistan əhalisi isə xeyli azalıb”. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan parlamentində 44 günlük müharibəni araşdıran istintaq komissiyasının növbəti iclasında jurnalistlərin suallarını cavablandırarkən bildirib. 

“1994-cü ildə atəşkəs elan olunan zaman qeyd olundu ki, Ermənistan tərəfi müharibədə qalib gəlib, Azərbaycan tərəfi isə məğlub olub.

Bəs niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə azaldı və Azərbaycanı iqtisadiyyat sahəsində rəqabətdə məğlub etmək mümkün olmadı? Bu, təhlükəsizliyin təmin olunması və hərbi büdcə ilə bağlıdır”, - Paşinyan əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin