İranda həbs edilən Fərid Səfərli ailəsi ilə telefonla danışdı

Hazırda oxunan: İranda həbs edilən Fərid Səfərli ailəsi ilə telefonla danışdı

143266

İranda saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlu ilə ikinci dəfə telefon vasitəsilə danışdığını deyib. 

Bizim.Media “Araz News” nəşrinə istinadən xəbər verir ki, Dilarə Əsgərova oğlu barəsində bir neçə günə qərar veriləcəyini bildirib.

“Fərid dedi ki, məhkəmə prosesi başa çatmaq üzrədir. Lakin nə məhkəmədə, nə də istintaqda onun cəsusluğu ilə bağlı heç bir fakt aşkarlanmayıb. Fəridin sözlərinə görə, onu İrana gəlməyə vadar edən qız və ailəsi onun əleyhinə ifadə verməyib. Amma İran tərəfi bir neçə dil bildiyinə və Avropada təhsil aldığına görə Fəriddən şübhələnir və onu casusluqda ittiham edir”. deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin