44 günlük müharibənin şəraitini araşdıran komissiya Qarabağdakı qondarma rejimin "rəhbəri" Arayik Arutyunyanı İrəvana dəvət edib.
Bizim.Media “Armenpress” nəşrinə istinadən xəbər verir ki, bu barədə komissiyanın sədri Andranik Köçəryan danışıb.
O, baş nazir Nikol Paşinyandan sonra istintaq komissiyasına digər rəsmilərin də dəvət ediləcəyini bildirib.
“Arayik Arutyunyanı da dəvət edəcəyik. Hazırda Qarabağdakı "müdafiə ordusu"nun komandirinin gəlməyini təxirə saldıq. İstərdim ki, Cəlal Arutyunyan da burada iştirak etsin”, - Köçəryan qeyd edib.
Xatırladaq ki, aprelin 23-də Ermənistanla sərhəddə, Həkəri çayının üstündəki körpüdə Azərbaycan Sərhəd Xidmətinin bölmələri sərhəd-buraxılış məntəqəsi qurub. Bir neçə gün öncə sərhədçimizin erməni hərbçiləri tərəfindən yaralandığına görə hazırda məntəqə hər iki tərəf üçün bağlıdır.
Arayik Arutyunyan isə rəsmi Bakı tərəfindən qara siyahıya salındıqdan və beynəlxalq axtarışa verildikdən sonra onun Ermənistana gedişi qeyri-mümkündür.
Yeri gəlmişkən, Araik Arutunyan, rejimin sabiq "müdafiə naziri" Cəlal Arutyunyan və digərləri barədə müxtəlif maddələr üzrə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Region
16:16 / 20.06.2023
Arayik Arutyunyan İrəvana çağırıldı - SƏRHƏDİ NECƏ KEÇƏCƏK?
Hazırda oxunan: Arayik Arutyunyan İrəvana çağırıldı - SƏRHƏDİ NECƏ KEÇƏCƏK?
Hazırda oxunan: Arayik Arutyunyan İrəvana çağırıldı - SƏRHƏDİ NECƏ KEÇƏCƏK?
142398
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.