Paşinyan məğlubiyyətini Köçəryanın üzərinə atdı: "Separatçıları danışıqlardan o kənarlaşdırıb"

Hazırda oxunan: Paşinyan məğlubiyyətini Köçəryanın üzərinə atdı: "Separatçıları danışıqlardan o kənarlaşdırıb"

142353

"Ermənistanın ikinci prezidenti Robert Köçəryan hakimiyyətini legitimləşdirmək üçün separatçı Qarabağ rejimini danışıqlardan kənarlaşdırdı".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında səsləndirib.

Onun sözlərinə görə, Köçəryan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Qarabağla bağlı təslimçi mövqeyini nəzərə alaraq, prosesin arxitekturasını gücləndirmək üçün addımlar atıb:

"Əvvəllər qəbul edilmiş bütün sənədlər Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini, eləcə də Qarabağın öz müqəddəratını təyinetmə hüququnun reallaşdırılmasını nəzərdə tuturdu".

Paşinyan qeyd edib ki, Köçəryan Qarabağı danışıqlarda iştirak etmək imkanından məhrum etdi və bu bölgədə yaşayan etnik ermənilərin iradəsini qırdı:

"Üstəlik, bu, onun beynəlxalq səviyyədə tanınmış yeganə statusu idi. Separatçı rejim Rusiya, ABŞ, Fransa, Azərbaycan və Ermənistanla bir masa arxasında oturacaqdı. Əslində, Köçəryan Qarabağın beynəlxalq subyektivliyinin üstündən bir xətt çəkdi”.

Paşinyan vurğulayıb ki, Köçəryan 1998-ci il prezident seçkilərində saxtakarlıqla qalib gəlib və qeyri-legitim dövlət başçısı postunu tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin