Ermənistan prezidenti: "Azərbaycana hücum etmək istəyimiz yoxdur"

Hazırda oxunan: Ermənistan prezidenti: "Azərbaycana hücum etmək istəyimiz yoxdur"

142185

"Çətin dövrlərdən keçirik, amma bu, o demək deyil ki, biz üzülməliyik, şikayət etməliyik. Yox, sadəcə, nəticə çıxarmalıyıq. Müdafiə qabiliyyətimizi artırmaq, təhlükəsizliyimizi gücləndirmək üçün işlər görməliyik". 

Bizim.Media xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

“Gərginliklə bağlı vəziyyəti sabitləşdirə bildik. Baxmayaraq ki, Azərbaycanla sərhəddə yenə də gərginlik var. Ermənistanın Azərbaycana hücum etmək istəyi yoxdur. Strategiyamıza qonşularımızla mehriban qonşuluq münasibətləri vəzifəsi daxildir. Həm də qarşımıza müdafiə olunmaq vəzifəsi qoyulub.
Bu istiqamətdə ciddi iş aparılmalıdır.  Bütün müdafiə sistemi, strategiya dəyişilməli, orduda ciddi islahatlar aparılmalıdır", deyə o, qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin