Ermənistan Respublikası Prezidentinin Aparatı bəzi mətbuat orqanlarında prezident Armen Sarkisyanın Bakıda olması barədə yayılan məlumatları təkzib edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniatoday.news” nəşri prezidentin mətbuat xidmətinə istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Hadrutun meri: “İlham Əliyevin şəhərin ələ keçirilməsi ilə bağlı dediklərini təkzib etmədim”
“Prezident Armen Sarkisyanın ötəl il noyabrın 17-də Bakıda olduğu haqda iddia edilən və bəzi mətbuatda çıxan məlumatlar açıq yalan və dezinformasiyadır.
Prezident həmin gün və sonra da Bakıda olmayıb. Sarkisyan noyabrın 17-də iş qrafiki ilə nəzərdə tutulan görüşlər çərçivəsində Kanadanın Ermənistandakı yeni səfiri Alison Mary Leklairi İrəvanda Prezident iqamətgahında qəbul edib və prezidentə etimadnaməsini təqdim edib.
Həmkarlarımızı mənşəyi bilinməyən absurd və yalan ifadələr yaymaqdan çəkinməyə çağırırıq” deyə prezident administrasiyasından bildirilib.
Bizim.Media