Hadrutun meri: “İlham Əliyevin şəhərin ələ keçirilməsi ilə bağlı dediklərini təkzib etmədim”

Hazırda oxunan: Hadrutun meri: “İlham Əliyevin şəhərin ələ keçirilməsi ilə bağlı dediklərini təkzib etmədim”

14209

Azərbaycan tərəfindən nəzarətə götürülən Hadrut şəhərinin meri Vahan Savadyan qondarma rejiminin səlahiyyətlilərini ordunu döyüşə hazırlamamaqda, müdafiəni düzgün təşkil etməməkdə günahlandırıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “infoteka24.ru” nəşri yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Göyçə gölünün sahilində aeroport tikəcək – TƏKLİF


Savadyan qeyd edib ki, rejimin “başçısı” Araik Arutyunyanın yaxın ətrafı fəraridir. Onun sözlərinə görə, nə Kamo Ağacanyan, nə də İvan Avanesyan şəhər sakinlərinin təxliyyəsində iştirak ediblər.

Sabiq mer maraqlı bir faktı da açıqlayıb. Müharibə zamanı “prezidentin mətbuat katibi” Vəhram Poqosyan onunla əlaqə quraraq müsahibə götürəcəyini deyib.

Və əlavə edib ki, o, (Vahan Savadyan) Azərbaycan prezidenti İlham Əliyevin Hadrutun rəsmi Bakının nəzarətinə keçdiyi haqda fikrini təkzib etsin.

Mer isə Poqosyana populizmlə məşğul olmamağı xahiş edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin