4 aydır itkin olaraq axtarılan 20 yaşlı qadının öldüyü məlum olub.
Bizim.Media xəbər verir ki, hadisə Tükiyənin ATV kanalında yayımlanan məşhur "Mügə Anlı ilə Tatlı Sərt" proqramında aydınlanıb.
MÖVZU İLƏ BAĞLI:
Hamilə arvadını uçurumdan ataraq qətlə yetirdi - Qandonduran hadisə - FOTO
Məlumata görə, 4 ay əvvəl anasına bir rəfiqəsi ilə görüşəcəyini deyərək evdən çıxan Mervenur Polat bir daha evə qayıtmayıb.
Qızlarından xəbər ala bilməyən ailə axtarmaq üçün Mügə Anlının proqramına müraciət edib. Nəhayət programın bugünkü yayımında itkin qadının öldüyü bildirilib.
Hadisədə əsas şübhəli kimi göstərilən Cüneyt Akyol da aylardır itkin olaraq axtarılsa da dünən Mügə Anlıya zəng vuraraq 20 yaşlı qadının öldüyünü bildirib.
Lakin o Mervenuru öldürmədiyini deyib. Bildirib ki, onlar gecə bərabər narkotik maddə istifadə ediblər.
Səhər isə gənc qadının öldüyünü görüb və panik olan Cüneyt qadının meyitini sarıyıb və kuryerlə atasının evinə göndərib. Meyiti 4 aydır atasının evinin çardağında saxladığını bildirib.
Bizim.Media