Qərb Ermənistanın ikili oynamağına niyə GÖZ YUMUR? – SƏBƏBLƏR  

Hazırda oxunan: Qərb Ermənistanın ikili oynamağına niyə GÖZ YUMUR? – SƏBƏBLƏR  

141242

Ermənistan Qərblə Rusiya arasında ikili oyun oynayır. Bunu hazırkı Paşinyan hökumətinin yürütdüyü siyasətdən də görmək olar. Belə ki, Paşinyan Qərb ölkələrinə səfərləri zamanı ölkəsinin həmin məkana inteqrasiyasına tərəfdar olduğunu bəyan edir.

Paşinyan həmçinin Azərbaycanla Ermənistan arasında danışıqlar prosesilə bağlı da Qərbin vasitəçilik missiyasının daha məqbul olduğunu dəfələrlə bildirib. Lakin Moskvaya səfəri zamanı isə Paşinyan daha fərqli mövqe tutaraq, sülh danışıqları üzrə Rusiya vasitəçiliyini daha önəmli hesab edir. 
Başlıcası isə, Ermənistan hökuməti sülh danışıqları ilə bağlı da ikili oyun oynamağa çalışır. İrəvan bir tərəfdən, Qarabağda daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir, digər tərəfdən isə hər vəchlə çalışır ki, sülh müqaviləsi imzalanmasın. 

Maraqlıdır ki, bölgəmizdə sülhün olmasında maraqlı olduğunu bildirən Qərb hələlik Ermənistanın bu sayaq ikili oyununa göz yumur. 

Görəsən, Qərb Ermənistanın ikili oynamasına daha nə vaxta qədər yaşıl işıq yandıracaq?

Bizim.Media-ya açıqlama verən politoloq Elşən Mirzəoğlunun fikrincə, İrəvanın danışıqlarda ikili standartlardan çıxış etməsinə əslində Ermənistanın özündə yaşanan ictimai-siyasi, sosial-iqtisadi reallıqlar, həm də Paşinyan hakimiyyətinə Qərbdən olan bəlli təzyiqlər kontekstində baxmaq lazımdır:
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynaya sərgilənən münasibət Azərbaycana niyə göstərilmir? – NATO-nun ədalət TƏRƏZİSİ


“Paşinyan ciddi riskə getmək istəmir. Çünki erməni millətçi kəsimin ciddi presinqi altındadır. Paşinyan daha ciddi addımlar atacağı təqdirdə, millətçi kəsimin fitvası ilə xəyanətdə suçlana biləcəyindən çəkinir. Ona görə də bu kimi manevrlər etməyə üstünlük verir. 

Digər tərəfdən, 44 günlük müharibə Qərbin gözlədiyi proqnozları doğrultmadığına görə də onlar Ermənistanın bu sayaq ikili standartına göz yumur. Paşinyan hazırda elə Qərbin dəstəyilə çalışır ki, Bakı ilə Moskva arasında çatın yaranması və dərinləşməsinə nail olsun”.
Ekspert qeyd edir ki, Qərb Ermənistanı Rusiyanın iqtisadi, siyasi, geosiyasi təsir dairəsindən qısa zamanda çıxarmağın mümkün olmayacağını da anlayır: 

“2008-ci ilin Gürcüstan hadisələri və hazırki Tiflis iqtidarının Moskva ilə ikitərəfli münasibətlərinin mahiyyətindən çıxış etdikdə, Qərb görür ki, Cənubi Qafqaz uğrunda Rusiya ilə başladığı geopolitik savaşda hələ ciddi uğura imza ata bilməyib.

Paşinyanın da qarşısında duran əsas vəzifə Ermənistanı Rusiyanın təsirindən çıxarıb, Qərbin nüfuz dairəsinə salmaqdır. Lakin indiki imkanlar daxilində o bunun öhdəsindən gələ bilmir. 

Qərb başlıcası Ukrayna cəbhəsində hadisələrin necə cərəyan edəcəyini gözləyir və bundan çıxış edərək də hələlik Paşinyanın ikili oyununa göz yumur”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin