Paşinyanın oğlunu metroda döydülər - DAHA BİR QALMAQAL

Hazırda oxunan: Paşinyanın oğlunu metroda döydülər - DAHA BİR QALMAQAL

140166

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan daha bir qalmaqalla üzləşib.

Bizim.Media xəbər verir ki, bu barədə İrəvanın “Hraparak” qəzeti yazıb.

Mənbə qeyd edir ki, Aşot Paşinyanı metronun “Zoravar Andranik” stansiyasında bir nəfər görüb.

O, Aşotun yanına qaçaraq üzünə sillə vurub. Polis xuliqanı tutaraq naməlum istiqamətə aparıb.

Aşot Paşinyanın hadisə zamanı iki qızla birgə olduğu deyilir.

Xatırladaq ki, bir müddət əvvəl Aşot Paşinyanı oğlu müharibədə ölən bir qadın oğurlamağa cəhd edib. Hazırda həmin qadın məhkəmə tərəfindən həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin