Ermənistan paytaxtının küçələrində vətəndaşların Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının ətrafındakı vəziyyət barədə nə düşündükləri və ümumi münasibətlərinin necə olduğu barədə sorğu keçirilib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” nəşri yayıb.
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı ətrafındakı vəziyyətlə bağlı vətəndaşların fikirləri bir-birindən xeyli fərqlənir, bunu İrəvan küçələrində aparılan ekspress sorğu sübut edir.
Vətəndaşlardan bəziləri müharibədəki məğlubiyyətdən məsul şəxs kimi Baş Qərargah rəisinin adını çəkib, bəziləri isə hökuməti günahlandırıb.
İrəvanda siyasətə tamamilə laqeyd yanaşan, xəbərləri izləməyən, inancını itirən insanlar da olub.
Respondentlərdən biri deyir ki, torpaq hərbçilərin nizamsızlıqlarına görə itirilib:
“Bunun üçün birbaşa Baş Qərargah rəisi məsuliyyət daşıyır”.
Başqası deyir ki, Paşinyanın belə etmək haqqı yoxdur, o, diktator deyil ki?
"Danışıqlar masasına oturub məsləhətləşən çox şüurlu, savadlı insanlar var" deyə o, qeyd edib.
Birinci Qarabağ müharibəsinin iştirakçısı vurğulayıb ki, ordunun siyasi proseslərə qarışmaq hüququ yoxdur.
"Baş Qərargah rəisi daxili təhlükəsizlik də daxil olmaqla Ermənistanın təhlükəsizliyindən cavabdehdir, vəzifəsini Konstitusiyaya uyğun olaraq yerinə yetirməlidir. Həm köhnə qüvvələr, həm də yenilər buna mane olur. Qoy o, müdaxilə edənləri, təhlükəsizliyi təhdid edənləri işdən uzaqlaşdırsın. Əsgər kimi vəzifəsini düzgün yerinə yetirsin, daha Nikolun Qarabağdakı fəaliyyəti kimi yox”. Sakinlərdən biri belə deyib.
Bizim.Media