Paşinyan ABŞ-ın dövlət katibi ilə Qarabağı müzakirə etdi

Hazırda oxunan: Paşinyan ABŞ-ın dövlət katibi ilə Qarabağı müzakirə etdi

13935

Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

Bizim.Media «RİA Novosti»yə istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
 

MÖVU İLƏ BAĞLI:

Paşinyanın “altılığı”: Nikolu ayaqda saxlayan ERMƏNİLƏR


Məlumata görə, əsas müzakirə mövzusu  Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyət və tərəflər arasında əməkdaşlıq olub. Dövlət katibi də öz növbəsində ABŞ və Ermənistan arasında tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini söyləyib.

Ermənistanın demokratiya baxımından qazandığı uğurları vurğulayaraq, Birləşmiş Ştatların respublikada islahatlar aparmaq üçün yardım göstərməyə davam edəcəyini bildirib.

Amerika tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin vacibliyini vurğulayıb.

Danışıq zamanı ikitərəfli əsirlər məsələsi də müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin