Paşinyan Zəngəzur dəhlizindən imtina edə bilməz - Erməni mətbuatı 

Hazırda oxunan: Paşinyan Zəngəzur dəhlizindən imtina edə bilməz - Erməni mətbuatı 

139097

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan sərhədində pasport, gömrük və beynəlxalq sərhədlərdə mövcud olan bütün nəzarət növləri fəaliyyət göstərəcək. Bu informasiyanı mətbuata Rusiya baş nazirinin müavini Aleksey Overçuk sızdırıb.

Onun sözlərinə görə, Ermənistan Naxçıvan, Zəngəzur və Azərbaycan vasitəsilə Rusiya, Aİ və İrana getmək imkanı əldə edəcək.

Bizim.Media xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti mövzu ilə bağlı daha bir detalı açıqlayıb.

Mənbə yazır k, Nikol Paşinyan Azərbaycandan da daha çox Rusiyanın tələb etdiyi Zəngəzur dəhlizindən imtina edə bilməz:

"Bu baxımdan yol (dəmir yolu - red.) qısa müddət ərzində (3 və ya 5 il) fəaliyyətə başlayacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin