Qriqoryandan sərsəm AÇIQLAMA: "Qarabağa beynəlxalq müşahidəçilər göndərilməlidir"

Hazırda oxunan: Qriqoryandan sərsəm AÇIQLAMA: "Qarabağa beynəlxalq müşahidəçilər göndərilməlidir"

137768

Qarabağa və Laçın yoluna beynəlxalq müşahidəçilər göndərmək lazımdır. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskva vilayətində keçirilən milli təhlükəsizlik koordinatorlarının beynəlxalq konfransında deyib.

O, çıxışında qeyd edib ki, aprelin 23-də Azərbaycan Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yerləşdirib. 

Qriqoryan vurğulayıb ki, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyıb. 

O, həmçinin Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün addımlar atdığını bildirib və bu prosesin intensiv şəkildə inkişaf edəcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yerləşdirilməsi Azərbaycanın suveren hüququdur və beynəlxalq müşahidəçilərin ölkə ərazisinə buraxılmasına isə rəsmi Bakı heç vaxt razı olmayacaq.

Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, Qarabağ məsələsi bitib, bölgədə yaşayan etnik ermənilər reinteqrasiya olunacaq. Bu istiqamətdə Ermənistanın  müdaxiləsi isə yersizdir.

Armen Qriqoryana xatırladırıq ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələri hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmayıb. Separatçıların varlığına son qoymaq üçün lokal şəkildə antiterror əməliyyatının keçirilməsi isə qaçılmazdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin