Köçəryanın açıqlaması nə deməkdir? – “Əlimiz hər zaman tətikdə olmalıdır” - POLİTOLOQ

Hazırda oxunan: Köçəryanın açıqlaması nə deməkdir? – “Əlimiz hər zaman tətikdə olmalıdır” - POLİTOLOQ

13767

Xəbər verildiyi kimi, Ermənistanın keçmiş prezidenti, «Qarabağ klanının» lideri, qatil Robert Köçəryan Rusiya KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında “Qarabağda ədalətsiz sülh yeni müharibəyə gətirib çıxaracaq” açıqlaması ilə çıxış edib. 

Bizim.Media xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında məsələyə münasibət bildirib. 

 

MÖVZU İLƏ BAĞLI:

Köçəryan Azərbaycanı hədələdi: “Yeni müharibə gözləyin” - FOTO


O deyib ki, Köçəryan “İkinci Dünya Müharibəsi də ədalətsiz Versal sülhünün nəticəsi idi” deyə “maraqlı” misal çəkib:

“Köçəryan fikrini belə davam edib ki, “əgər tərəflərdən hansısa biri müharibənin nərticəsi ilə razılaşmırsa, deməli yeni müharibəni gözləməlisən. Bu, əlverişli geopolitik şərtlər yarananda baş verəcək:

“Azərbaycanda düşünürlərsə ki, Qarabağ problemini həll ediblər, bu, əslində əks məna kəsb edir. Baxmayaraq ki, üstün mövqedədirlər”.

Köçəryanın bu açıqlaması nə deməkdir?

 

Birincisi, Ermənistanın müharibədə məğlubiyyəti Robert Köçəryanın “keçmiş şanlı tarixi” üzərindən yekə bir xətt çəkib və o, bunu həzm edə bilmir. Köçəryan gəncliyindən 2020-ci ilin sentyabrın 27-dək nəyin uğrunda mübarizə aparmışdısa, Azərbaycan ordusu erməni qatilinin bütün bu “mübarizəsini” sıfırladı”.


Politoloq vurğulayıb ki, Köçəryan digər qatillərlə birgə Şuşanı, Laçını, Kəlbəcəri və Dağlıq Qarabağ ətrafındakı digər rayonlarımızı ona görə işğal etmişdi ki, “təhlükəsizlik zolağı” yaratsın və Dağlıq Qarabağın “müstəqilliyinə” nail olsun:

“Təhlüksəzilik zolağının” ömrü 26 il sürdü və ortadan qaldırıldı, «müstəqillik» xülyası da puç oldu. Yəni Köçəryan nəyin uğrunda mübarizə aparmışdısa, savaşmışdısa, qətliamlar törətmişdisə - hamısı nəinki ermənilər üçün nəticəsiz qaldı, ermənilərin faciəsinə çevrildi.

Ona görə də Köçəryan erməniləri yenidən “mübarizəyə” səsləməyə çalışır. Aydındır ki, Köçəryandan “mən gərək belə etməzdim, səhv etmişəm” açıqlamasını eşitməyəcəkdik.

İkincisi, Robert Köçəryanın 10 noyabr bəyanatını Versal sülh müqaviləsi ilə müqayisəsi uğursuzdur. Bəli, Almaniya Birinci Dünya müharibəsinin nəticəsinə görə Versal sülh müqaviləsini imzalamağa məcbur idi və bu, Almaniyada revanşist əhval-ruhiyyənin artması, faşistlərin hakimiyyətə gəlməsi – İkinci Dünya Müharibəsinin başlaması ilə nəticələndi.

Köçəryanın müqayisəsi ona görə başdan ayağa qüsurludur ki, Ermənistan Almaniya deyil. Qonşu ölkənin əhalisi azalır, Azərbaycanın və Türkiyənin əhalisi isə artır. Ermənistan hansı insanı və texniki potensialı ilə bizdən “intiqam” almağa çalışacaq?”.

Politoloq onu da əalvə edib ki, Köçəryanın Versalla bağlı paralellər aparması həm də o deməkdir ki, Ermənistanda da keçmişdə Almaniyada olduğu kimi faşistlər hakimiyyətə gələcək, Azərbaycana qarşı müharibəyə başlayacaq, qətliamlar törədəcək:

 

“Yenə də eyni sual gündəmə gəlir: Köçəryan Ermənistanda hakimiyyəti zəbt etsə belə, hansı güclə Azərbaycana qarşı savaşacaq? İndi 1990-cı illər deyil, Azərbaycan da tək deyil, Türkiyə ilə hərbi ittifaq qurulub. Biz azad etdiyimiz ərazilərimizi göz bəbəyimiz kimi qoruyacağıq, Türkiyə də torpaqların yenidən işğalına imkan verməyəcək. 


Buna baxmayaraq, Ermənistanda indi və gələcəkdə Robert Köçəryan kimilərin var olduğunu və var olacağını nəzərə alaraq Azərbaycan öz ordusunu daima gücləndirməli, modern hərbi texnika alınmalı, eləcə də  Türkiyə ilə hərbi ittifaqı daha da gücləndirilməlidir. Yəni əlimiz hər zaman tətikdə olmalıdır!”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin