“İran Əhməd Obalı kimi bizə də hücum edə bilər” – Güneyli fəallardan ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: “İran Əhməd Obalı kimi bizə də hücum edə bilər” – Güneyli fəallardan ÖZƏL AÇIQLAMA 

137508

“İran rejimindən hər şey gözlənilə bilər. Onlar hər şey edə bilər. Hələ ki, Əhməd Obalı və oğlu Dəniz Obalı ilə bağlı hadisəyə Amerika Birləşmiş Ştatlarındakı polislərin məlumatları dəqiq deyil”.

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı Cənubi Azərbaycanlı politoloq Rza Talibi deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İranın terror fəaliyyəti YENİDƏN GÜNDƏMDƏ – Əhməd Obalıya hücumun PƏRDƏARXASI


O hücumun arxasında hazırki İran rejiminə müxalif olan “Şahçılar”ında ola biləcəyini istisna etmir:

“Onların sorğu-sualı necə olacaq, ona baxmaq lazımdır. Digər məsələ isə Amerikada İran rejiminin müxalifətçiləri, “şahçılar” daha çoxdurlar. Hücumla bağlı onlardan da şübhələnmək olar. Çünki “Şahçılar”ında zorakı hücumları olub. Amerika polisinin açıqlamasından sonra bizlərə də məlum olacaq”.

Politoloq Elyar Makuyi isə Bizim.Media-ya açıqlaması zamanı bildirib ki, hücumu təşkil edə biləcəklər arasında erməniləri də istisna etmək olmaz: 

“Əhməd Obalı və oğlu Dəniz Obalı Amerikaya getdikdən sonra çirkin hücuma məruz qalıb. Xoşbəxtlikdən hücum edənlərin bəziləri saxlanılıb. Onlar sorğulandıqdan sonra kim olduqlarını aydın biləcəyik. Əhməd Obalının fəaliyətinə baxdıqda görürük ki, o, siyasi fəaldır. Azərbaycan üçün fəaliyyətləri çox olub. 

Düşünürəm ki, bu hücum siyasi məqsədlidir. Bizim, yəni Azərbaycanın düşmənləri bəllidir. Hər birimizin ağlına öncə İran gəlir. Keçmiş diktator şahın oğluna bağlı olan insanlar da hücum etmiş ola bilərlər. Digər ağıla gələn məqam isə Ermənistanın daşnaksütunlarıdır. Bu hücum aktı, onların da işi ola bilər. Lakin ilk şübhəli İran rejimidir”.

Cənubi Azərbaycan milli azadlıq hərəkatının son illər fəallığının artmasına diqqət çəkən Makuyi əlavə edib ki, hazırda hərakatın bir çox üzvlərinin həyati təhlükəsi mövcuddur:

“Son vaxtlar Cənubi Azərbaycanda milli azadlıq hərəkatının fəaliyyəti artıb. Xüsusən xaricdə yaşayanların fəaliyyətləri çoxalıb. Son iki ay ərzində iki böyük mitinq keçirildi ki, bunlardan biri Brüsseldə təşkil edilmişdi. Biz buradan İranın münasibətini çox aydın gördük. 

İkinci böyük mitnq Berlində keçirildi. Biz aktiv fəaliyətlərimizdən sonra belə hücumların şahidi oluruq. Demək ki, İran rejimi daha əməli addımlar atır. Bu o deməkdir ki, başqa fəallara da hücumlar ola bilər. Fəallarımız daha da ehtiyatlı olmalıdırlar. İranın əli terrorist işlərdə olduqca uzundur”.
Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı may ayının 21-də səhər saatlarında Kaliforniya ştatında naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin