"Ermənistan Azərbaycanla kommunikasiyaları açmağa hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyanın Avropa üzrə dövlət naziri Leo Doçerti ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib.
Moskvadakı görüşün nəticələri ilə bağlı danışan nazir Cənubi Qafqazda davamlı sülhün qurulmasına hazır olduqlarını vurğulayıb.
Mirzoyan qeyd edib ki, Vaşinqton, Brüssel, Moskva danışıqları intensiv görüşlərin mərhələsi olub.
Onun sözlərinə görə, Amerikanın paytaxtında keçirilən görüşdə müəyyən irəliləyiş var, sülh müqaviləsinin daha iki maddəsi razılaşdırılıb.
“Vaşinqton görüşündə sülh müqaviləsinin daha iki maddəsi üzrə razılığa əldə olunub. Daha bir neçə məsələdə razılığa gəlmək şansı var. Amma elə maddələr var ki, orada tərəflərin mövqeləri çox uzaqdır, onlar ən çətin məsələlərə aiddir”, - deyə Mirzoyan bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:39 / 22.05.2023
Mirzoyan: Bakı və İrəvan sülh müqaviləsinin iki maddəsi üzrə razılığa gəlib
Hazırda oxunan: Mirzoyan: Bakı və İrəvan sülh müqaviləsinin iki maddəsi üzrə razılığa gəlib
Hazırda oxunan: Mirzoyan: Bakı və İrəvan sülh müqaviləsinin iki maddəsi üzrə razılığa gəlib
137324
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.