Paşinyan: "Oğlumdan şikayətini geri götürməsini xahiş etməmişəm"

Hazırda oxunan: Paşinyan: "Oğlumdan şikayətini geri götürməsini xahiş etməmişəm"

137283

"Ermənistanda bütün məsələlər qanuni yolla həll edilməlidir".

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında oğlu Aşotun “oğurlanması” işi üzrə sualı cavablandırarkən deyib.

Paşinyan mətbuat konfransı zamanı qeyd edib ki, iş üzrə iddianın geri götürülməsi xahişi ilə oğluna müraciət etməyib.

O deyib ki, bütün məsələlər qanunun tələblərinə uyğun həll olunmalıdır və Baş nazirin fəaliyyətinin məqsədi Ermənistandakı problemləri hüquqi yolla həll etməkdir.
Hamilə Sona Mnatsakanyanın qətli mövzusuna toxunan Baş nazir qeyd edib ki, işin gedişindən xəbərsizdir, lakin o, hər şeyin hüquqi prosedurlar çərçivəsində həll olunacağını gözləyir.

Xatırladaq ki, ötən ilin 26 aprelində Baş nazir Nikol Paşinyanın kortejini müşayiət edən yol polisi maşını hamilə qadın, 28 yaşlı Sona Mnatsakanyanı vuraraq öldürüb.

Məlum olub ki, sürücünün avtomobili saxlamayıb və hadisə yerini tərk edib. Polisə qarşı Ermənistan Cinayət Məcəlləsinin 242-ci (nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsinin 2-ci bəndi üzrə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin